Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, “Luna” adlı lüks yaxtası ilə dəniz səyahətinə çıxan “Nortqaz”ın keçmiş rəhbəri sahildə balıq restoranında ailəsi ilə birlikdə nahar edib. Xanımı və 3 uşağı ilə birlikdə yemək yeyən F.Əhmədov 350 avro hesab ödəyib. Bundan başqa, 3 ofisiantın hər birinə 50 avro bəxşiş verərək təşəkkür edib.

Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədova və 3 uşağının alış-verişi üçün isə 1700 avrosundan keçməli olub. Milyarder mağaza satıcısına isə 100 avro bəxşiş verib.