Ana səhifə / Şou Biznes / Fərhad Əhmədov 100 milyonluq yaxtası və sarışın qadınla – Fotolar

Fərhad Əhmədov 100 milyonluq yaxtası və sarışın qadınla – Fotolar

Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bodrumda görüntülənib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş adamı təxminən 100 milyon dollarlıq “Luna” adlı yaxtasıyla Türkiyə sahillərinə gəlib. Əhmədov bütün gününü lüks yaxtasında ailəsi -3 uşağı ilə birgə keçirib. Türkiyə mediası yaxtada fotoları çəkilən qadının iş adamının həyat yoldaşı Tatyana Əhmədova olduğunu yazır.

Lakin bir neçə ay öncə Fərhad Əhmədov həyat yoldaşından xəyanətə görə boşanıb. Rusiyalı milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub. Həmin boşanma isə Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğ olaraq göstərilmişdi.

Qeyd edək ki, beş mərtəbədən ibarət olan “üzən saray”da bir helikopter, qapalı hovuz, sürət katerləri də var. Yaxtada xidmətçi və mühafizəçilər olmaqla 50 işçi çalışır.

 






Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın