Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Fədayənin bacısından canlı yayımda Tacirə sərt sözlər — VİDEO

Fədayənin bacısından canlı yayımda Tacirə sərt sözlər — VİDEO

Müğənni Tacir Şahmalıoğlunun həbs olunan həmkarı Fədayə Laçın barədə dediyi sözlərə bacısı İlahə Fədadan cavab gəlib.

İlahə Fəda “Show time” verilişinə zəng edərək T.Şahmalıoğlunu tənqid edib:

“İlk öncə deyim ki, Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Bunu bir kənara qoyduq. Mənə təsir edən odur ki, Tacir deyib ki, mən Fədayənin müəllimiyəm. Özünü bir müəllim kimi təqdim edir. Mən də ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fədayənin müəllimi ilk öncə xalqdır. Bundan başqa, bacım da, mən də xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. İncəsənətdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Əbülfət Əliyev, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm. Yəni bu şəxslər Fədayənin müəllimi olublar. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salasaq, görərik ki, Murad müəllimin sayəsində “Qarabağ bülbülləri”ndə bir parça “Bayatı şiraz” oxuyub, bununla da qızıl fonda düşüb. Onun elə uğuru bircə bu olub. Ondan sonra nə oxuyub ki?! Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Fədayə Laçına zamin durardınızmı?” sualına bu cür cavab vermişdi:

“Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olsa edərəm. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …