Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Fədayə Laçının bacısı danışdı: “Yalandır, Fədayə hazırda Xaçmazdadır”

Fədayə Laçının bacısı danışdı: “Yalandır, Fədayə hazırda Xaçmazdadır”

Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Azinforum.az  bildirir ki, Yenicag.az saytına açıqlama verən müğənninin bacısı İlahə Fəda məlumatı təkzib edib.
“Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.”
Qeyd edək ki, müğənninin həbs xəbərini APA saytı yayıb.

Azinforum.az bildirir ki, müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.Sultanov bildirib ki, məsələ ilə bağlı əlavə rəsmi məlumat açıqlanacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …