Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Fərhad Əhmədov verdiyi bəxşişlərlə gündəmdə – Fotolar

Fərhad Əhmədov verdiyi bəxşişlərlə gündəmdə – Fotolar

Bodrumda istirahət edən azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov yenidən Türkiyə mətbuatında gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, 62 yaşlı iş adamı bu dəfə verdiyi bəxşişlərlə müzakirə olunmağa başlayıb.  O, əvvəlcə Bodrumu gəzib, alış-veriş mərkəzində xanımı Tatyana Əhmədova və övladları üçün 1700 avroluq bazarlıq edib.  O, mağazanın satıcısına 100 avro bəxşiş verib.

F. Əhmədov daha sonra ailəsi ilə birgə Bodrumun Torba ərazisindəki balıq restoranında olub.

Milyarder 6 nəfərlik masa üçün 350 avro hesab ödəyib. O, üç ofisiantın hər birinə isə 50 avro bəxşiş verib və təşəkkürünü bildirib.


Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın