Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Şou Biznes / Fərda: “Güldürmək üçün qadın paltarı geyinmərəm“ – VİDEO

Fərda: “Güldürmək üçün qadın paltarı geyinmərəm“ – VİDEO

“Qadın paltarı geyinib atılıb düşməyə ehtiyac yoxdur. Sözün dəyəri varsa, söz gülməlidirsə, gülməlidir. Belə bir “no” (qadağa – red.), “qırmızı işıq” var məndə. Bu da qadın paltarı geyinməkdir”.

Bu sözləri aktyor Fərda Amin “Şou xəbər” verilişinə müsahibəsində deyib.

O bildirib ki, istər səhnədə istərsə də filmlərdə heç zaman qadın paltarı geyinməyəcək.

“İnsanları güldürmək üçün qadın paltarını geyinmərəm. Filmlərə dəvət edən dostlarımın da bu qadağalarımdan xəbərləri var. Belə güldürə bilmirəm ki, mütləq qadın paltarı geyinməliyəm? Çoxlu alqış olsa da, konsert zalı altı-üstünə də çevirilsə mən qadın paltarını geyinmərəm.

Əgər nə zamansa, “stand up”lar bitsə, bir tək qadın paltarı geyinmək seçimim qalsa, bunu etməyəcəyəm. Bu da mənim şəxsi seçimimdir. Əgər kimsə qadın paltarı geyinib aktyorluq edirsə… Bəli bunlar aktyorluq sənətində var”, – deyə Fərda vurğulayıb.

Qadın paltarı geyinməkdən imtina edən F.Amin “Bu şəhərdə” yumoristik estrada teatrlarının məşhur üzvlərini Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun səhnədə göstərdikləri qadın obrazlarına təriflər yağdırıb:

“Onlar mükəmməl öz rollarını oynayırlar. Tamaşaçıları var. Allah bol eləsin. Amma sırf məndən, yəni Fərda Amindən söhbət gedirsə, bəli, mən bu günə kimi qadın paltarı geyinməmişəm və bundan sonra da geyinməyəcəyəm. Onlar o janrda Azərbaycanda demək olar ki, pikdədirlər, bir nömrədirlər. Hər bir rola girə bilirlər. Coşqunun oynadığı elə qadın obrazı var ki, qadınlar özləri belə, o jestləri bilmirlər ki, hansı jesti necə etmək lazımdır”. 

https://newstube.az/embed/143506

Həmçinin oxuyun

Dilarənin “Toppuş bacı” ilə son yazışması – Foto

“Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə …