Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / Fədayə ilə Tacir yenidən duet oxudular (VİDEO)

Fədayə ilə Tacir yenidən duet oxudular (VİDEO)

Müğənni Tacir Şahmalıoğlu illər sonra duet ortağı Fədayə Laçınla eyni səhnəni bölüşüb.
Yenicag.az xəbər verir ki, ifaçılar məclislərin birində duet oxuyublar. Məclisdən videonu sosial şəbəkədə paylaşan Tacir yazıb:
“Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı”.Qeyd edək ki, 2017-ci ildə həbs edilən, bu ilin oktyabrında isə azadlığa çıxan Fədayə Laçınla Tacir Şahmalıoğlunun münasibətlərində soyuqluq yaranmışdı. Fədayə azadlığa çıxdıqdan sonra Tacir onunla duet oxumaq fikrində olduğunu bildirmişdi.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …