Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Şou Biznes / Evsiz qalan müğənnimiz maşınını da satdı: “23 ildir kirayədə qalıram”

Evsiz qalan müğənnimiz maşınını da satdı: “23 ildir kirayədə qalıram”

Müğənni Vüqar Muradov pulsuzluqdan gileylənib.
Belə ki, lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu günə qədər ev ala bilməyib:

“23 ildir kirayədə qalıram. Onun 2 ilini yataqxanada qalmışam. Ev almaq qismətim olmayıb. Bir dəfə əlimdə pul var idi, ilkin ödəniş üçün verdim, pulu alıb məni aldatdılar. Evi bir neçə adama satmışdılar. Güclə verdiyim pulun yarısını bir müddət sonra ala bildim. Ondan sonra heç nə ala bilmədim. 
Pandemiyadan öncə bir maşınım var idi. Qiyməti 18-19 min idi. Maşından başqa heç nəyim yox idi. Onu da satdım, 6-7 minlik maşın aldım. Yerdə qalan pulu da pandemiyada gündəlik yaşamım üçün xərclədim. Maşınım da xarab olub, ustadadı. Bir sözlə, ilyarımdır taksilərdə gəzirəm. İmaknım o qədər olmasa da, dünyanın ən varlı insanıyam. Çünki tarixi qələbəni yaşadım”.

Həmçinin oxuyun

Erotik video paylaşan müğənnidən qalmaqallı sözlər: “Bunları etməyən kişilər, özünüzə gəlin” (FOTOLAR)

Erotik video paylaşan müğənni kişilərə çağırış edib. Milli.az bildirir ki, qalmaqallı müğənni Tuğba Ekinci paylaşımı …