Cümə , İyul 10 2020
Ana səhifə / Şou Biznes / Evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət

Evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət

Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.

Report xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin “Engelskoe” Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.

“Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var”, – deyə bildirilib.

Həmçinin oxuyun

“Bilmirsən kimə inanasan, hərə bir söz deyir” – Cavan Zeynallı

“Adam nə qədər özü üçün çalıb-oxuyar? Heç nə konsertin yerini vermir”. Bunu Azvision.az -a Xalq artisti Cavan …

Bir cavab yazın