Ana səhifə / Şou Biznes / “Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə…” – Afaq Aslan

“Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə…” – Afaq Aslan

Müğənni Afaq Aslan onu təhqir edənlərə cavab verib.

Sosial şəbəkə hesabında bu barədə yazan ifaçı belə insanlara sərt mesaj göndərib:

“Görəsən, səhifələrdəki xəbərlərin altına məşhurların ünvanına təhqir yazanların öz ailələrindən yaxud evdəkilərindən – arvadından, uşağından, bacısından xəbəri varmı? Bax, bu sual mənim üçün çox maraqlıdır. Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə nədənsə namus, qeyrət ağacına çevriliblər. Çünki başı ailəsinin qeyrət, namusunu çəkməyə qarışan insanların girib sosial şəbəkələrdə başqalarının ünvanına tənqid, təhqir yazmağa zamanı olmaz!”

Qeyd edək ki, A.Aslan ötən il Dubaya köçüb. Onun əmirlikdə biznesmenlə nişanlandığı barədə məlumatlar yayılıb. Yenisabah.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …