Ana səhifə / Şou Biznes / “Euronews” yenə Azərbaycandan danışdı

“Euronews” yenə Azərbaycandan danışdı

“Euronews”un Azərbaycanla bağlı hazırladığı verilişlər silsiləsi sona çatıb. ANS PRESS-in məlumatına görə, “Azərbaycandan açıqcalar” adlı son proqramda ölkəmizin paytaxtı Bakıdan danışılır.
“Bakı öz müasirliyi ilə seçilir. Amma şəhərin qədim tarixi abidələrlə zəngin hissəsi hələ də yerli və xarici qonaqların sevimli məkanlarındandır. Buradakı abidələrin tarixi hətta XI əsrə kimi gedir. Bakı müxtəlif mədəniyyətlərin qarışıq olduğu bir şəhərdir”, – deyə sujetdə bildirilir.
Verilişin aparıcısı Simus Kearney paytaxtımız və onun tarixi abidələri haqqında məlumat verərək qeyd edib ki, Qız qalasının tarixi haqqında məlumatlar hələ də müzakirə olunur.
Qədim şəhərin bələdçisi Arif Məmmədovun sözlərinə görə, Bakıda həm şərq, həm də qərb memarlıq nümunələrinə rast gəlmək mümkündür.
Proqramda qeyd olunur ki,  İçərişəhər UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına 2000-ci ildə daxil edilib.
Bundan əvvəl “Euronews”  “Açıqcalar” adlı verilişini ölkəmizin şimal-şərqində yerləşən Qubanın Xınalıq kəndinə həsr etmişdi.
Xınalıq haqqında hazırlanmış süjetdə bildirilirdi ki, bu ərazi dəniz səviyyəsindən 2100-2200 kilometr yüksəklikdə yerləşir. “O, Qafqazın ən ucqar kəndlərindən biri sayılır. Kəndin sakinlərinin hətta öz danışıq dilləri də var. Turizm şirkətləri gözəl guşə, uzun gəzinti və rahatlıq axtaran turistlərə əsasən buranı məsləhət görürlər”.
Turizm agentliklərindən birində çalışan Mətləb Şıxbabayevin sözlərinə görə, o, Xınalığa gəlməyi çox sevir, hətta bu səfər qısamüddətli olsa belə. “Şəhərdə səni narahat edən bütün problemləri, fikirləri Xınalıqda unutmaq olur. Təbiətin gözəlliyindən zövq almağa və gəzməyə dəyər”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın