Ana səhifə / Şou Biznes / ETSN icra başçısı Adil Vəliyevin rayonunu 8 min manat cərimələdi…
????????????????????????????????????

ETSN icra başçısı Adil Vəliyevin rayonunu 8 min manat cərimələdi…

Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati xəta törətdiyinə görə 8000 AZN məbləğində cərimə edilməsi barədə protokolu ictimailəşdirərək icra başçısı Adil Vəliyevin ifşasının mümkünlüyünü göstərib:

“İcra Başçısı Adil Əliyevin Sabunçu rayonundakı qanunsuzluqları barədə yazanda bir çoxları əminliklə bildirirdilər ki, heç nə dəyişməyəcək. Ancaq ləng, çətin olsa da dəyişir.
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş 20.09.2015-ci il tarixli 04422 protokola əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Parkda tullantıların əraziyə səpələnməsi, qalaqlanması və əraziyə yayılması müəyyən edilmişdir. Buna görə Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi inzibati xəta törətdiyinə görə 8000 AZN məbləğində cərimə edilmişdir. Sənəd Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən 29.09.2015-ci il tarixdə imzalanmışdır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın