Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Şou Biznes / Etimad Əsədovdan sərt cavab: “O şərəfsizlərdən də biri Qorxmaz Əlilidir”

Etimad Əsədovdan sərt cavab: “O şərəfsizlərdən də biri Qorxmaz Əlilidir”

Tanınmış şoumen Qorxmaz Əlilinin məcburi köçkünlərin ünvanına dediyi xoşagəlməz fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, şoumen öz “Facebook” hesabında professor Şirməmməd Hüseynovun çıxışı olan videonu paylaşaraq yazıb: “Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsl qaçqınlıq həyatı sürdü, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər”.

Qarabağ Qaziləri Cəmiyyətinin sədri Etimad Əsədov Qorxmaz Əlilinin dediklərinə münasibət bildirib:

“Ümumiyyətlə, bir çox tanınmışlar, müğənnilər, şoumenlər zaman-zaman bu cür ifadələr işlədiblər. Bu yaxınlarda üzdəniraq xanım müğənni ona “bazarlığı siz, yoxsa həyat yoldaşınız edir” sualına “Yox, özüm edirəm. Yoldaşım bazarlıq edərkən aldığı kartoflar müharibə veteranına oxşayır” cavabını vermişdi.

Bununla onlar Azərbaycan incəsənət xadimlərinin istənilən kateqoriyadan – qaçqın, veteran, fəhlə və digərlərinə olan aşağılayıcı münasibətlərini ortaya qoyurlar. Dövlət qurumları bunun qarşısını almalıdır. Belə verilişlər, aparıcılar efirdən uzaqlaşdırılmalıdır. Belələri demək olar Azərbaycanın televiziya kanallarında fəaliyyət göstərirlər. Bu kanal qovur, o birində peyda olurlar. Cürbəcür, adları dəyişik verilişlərlə mənəviyyatsızlığı, vicdansızlığı, əxlaqsızlığı, Azərbaycan vətəndaşına uyğun olmayan şərəfsizliyi ortaya qoyurlar”.

Etimad Əsədov Qorxmaz Əlilinin həmin insanlardan fərqlənmədiyini vurğulayıb:

“O şərəfsizlərdən də biri Qorxmaz Əlilidir. Bu o deməkdir ki, onun mənəviyyatı, keçmişi, gələcəyi əlildir. Bundan başqa nə deyə bilərəm? Yazıqlar olsun ki, Azərbaycanda belə ünsürlər, soy-kökü bəlli olmayan, əlil və zəlil olanlar var. Ar olsun, qaçqınları aşağılayanlara!”

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın