Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Etibar Pirverdiyev Pezidenti və cəmiyyəti aldatmaqda davam edir”

“Etibar Pirverdiyev Pezidenti və cəmiyyəti aldatmaqda davam edir”

Qarabağ Azadlıq Təşkilatı Mingəçevir İstilik və Elektrik stansiyasında çalışan Qarabağ əlilləri, veteranları və şəhid ailələrinin kütləvi surətdə işdən çıxarılması ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdi.

Bu gün Azərenerji ASC-nin mətbuat xidməti belə bir məlumat yayıb ki, guya həmin adamların heç biri işdən çıxarılmayıb. Mingəçevirdən bizə verilən məlumata görə isə, həmin adamların işdən çıxarılması ilə bağlı əmr və işdən çıxarılanların siyahısı müəssisənin lövhəsində asılıb və həmin şəxslərin hər birinə işdən çıxarılmaları ilə bağlı bildiriş göndərilib.

Biz dövlət başçısı İlham Əliyevə bir daha müraciət edir, bu yalançı məmurların cəzalandırılmasını, zəhmət insanlarının haqlarının bərpa olunmasını xahiş edirik.(musavat.com)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın