Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Estoniya prezidenti hansı tanınmış azərbaycanlının məşuqəsi ilə evləndi?

Estoniya prezidenti hansı tanınmış azərbaycanlının məşuqəsi ilə evləndi?

Ötən şənbə 62 yaşlı Estoniya prezidenti Toomas İlves 3-cü kərə evləndi. Bu dəfə o, taleyini özündən 24 yaş cavan olan latış qızı Yeva Kuptse ilə bağladı. Eesti Ekspress portalının yazdığına görə, onların əlaqələri hələ bir neçə ay öncə Estoniya və Latviya ictimaiyyətinin diqqət mərkəzinə gəlib. Prezidentin yeni sevgilisi də dövlət məmurudur.

Y.Kuptse 10 il Latviya Müdafiə Nazirliyində çalışıb. Kuptse habelə Latviya XİN-də və ölkənin NATO-dakı nümayəndəliyində də diplomatik vəzifələr tutub. Baltikyanı ölkələrin NATO-ya daxil olmasında bu xanımın da böyük rolu olub. Kuptse ərli deyil, onun Latviyanın Yunanıstandakı səfiri İvars Pundurasdan bir oğlu var. Ancaq bizim üçün maraqlı məqam Kuptsenin Azərbaycanla olan əlaqələridir. Azərbaycan KİV-lərində bu barədə yalnız bir cümləyə rast gəldik.

Məlum oldu ki, Estoniya prezidentinin ikinci xanımı Y.Kuptse 2010-2011-ci illərdə Bakıda Aİ-nin Bakıdakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı olub. Bundan əvvəl isə Aİ-nin Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebinin müşaviri işləyib. Ancaq araşdırmalarımız Estoniyanın yeni birinci xanımının Bakı əlaqələrində ilginc faktlar ortalığa çıxardı. Məsələ bundadır ki, hazırda Estoniya mətbuatında Yeva Kuptsenin ikinci övladının atasının kim olması barədə müzakirələr başlayıb.

Estoniya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Toomas Sildam “Delfi” agentliyinə açıqlamasında bildirib ki, ölkə başçısının 3-cü xanımının təxminən 3 yaşlı qızı da var və onun atası ağır xəstəlikdən vəfat edib. Eesti Ekspress Bakıdakı mənbələri vasitəsilə həmin atanın(?) kim olduğunu öyrənib. Məlum olub ki, bu ata(?)tanınmış Azərbaycan vəkillərindən biri olub. O, bir neçə il öncə ağır xəstəlikdən vəfat edib. Estoniya başçısının yeni xanımı Bakıda işləyərkən həmin vəkillə tanış olub. Etik səbəblərdən azərbaycanlı vəkilin adını çəkmirik.

Eston jurnalistlər tanınmış vəkilin ailəsi ilə də əlaqə yaradıb. Vəkilin həyat yoldaşı onun ailəsinə həddindən artıq bağlı olduğunu və belə bir şeyin mümkün ola bilmədiyini söyləyib. Y.Kuptsenin bakılı məşuqunun (?) oğlu jurnalistlərin sualını əvvəlcə çox sərt cavablandırıb. Lakin ailəsi ilə məsləhətləşdikdən sonra atasının həmin latış xanımla əlaqələri barədə məlumatlı olduqlarını etiraf edib. O, bildirib ki, vəkilin ağır xəstə olması və son günlərini yaşaması səbəbindən bunu qabartmayıblar. O da bilinib ki, sözügedən vəkil ABŞ-da müalicə alarkən Estoniya prezidentinin hazırkı xanımı da orada təhsil almağa yollanıb və onların əalqələrinin əsas mərhələsi məhz həmin dönəmə aiddir. Kuptsenin ikinci övladının valideyninin öz atası olmasına gəldikdə vəkilin oğlu bunu qəti rədd edib. O, bunun tibbi-biloji baxımdan da mümkün olmadığını vurğulayıb.

Eyni zamanda vəkil oğlu Estoniya prezidentinin dəftərxanasının bu məsələni təkzib edən bəyanat verməsini də tələb eidb. 

 Sultan Laçın

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın