Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Ermənistana keçən qadının anası: “Qızım bir neçə dəfə evdən qaçıb”

Ermənistana keçən qadının anası: “Qızım bir neçə dəfə evdən qaçıb”

Azərbaycandan Ermənistan keçən qadının kimliyi məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistana keçən qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.

Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.

Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.

Ermənistana keçən Qətibə Ələkbərovanın anası Kübra Ələkbərova AzVision.az-a açıqlamasında qızının ruhu xəstə olduğunu təsdiqləyib. Anasının bildirdiyinə görə, Q.Ələkbərova bundan öncə də bir neçə dəfə itkin düşüb.

“Qızım ruhi xəstədir. Dövlət tərəfindən ona pulsuz dərmanlar verilirdi. Qətibə hər gün dərman atmasa yaşaya bilməz. Dərmanlar onun əsəblərini sakitləşdirir, yoxsa dəli olar.

Neçə gün idi, Qətibəni axtarırdıq, onun Ermənistana keçməsini qonşulardan eşitdik. Qızım sərhədi necə keçib, hansı yolla gedib, deyə bilmərəm. Qətibə bir neçə dəfə evdən qaçıb. O, evdə heç kimə xəbər vermədən Bakıya qaçmışdı. Sonuncu dəfə bacısı ilə yatırmış. Birdən gecə saat dörddə oyanıb və həyətə düşüb. Ondan sonra qızımdan xəbər ala bilmədik. Eşitdik ki, Ermənistan tərəfə keçib. Qızıma görə çox narahatam. O, xəstədir, ermənilər ona əziyyət verəcəklər. Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsinlər”-deyə Kübra Ələkbərova vurğulayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın