Ana səhifə / Şou Biznes / Erməni yazıçının məkrli romanında adlarını çəkdiyi məhşurlarımız kimdir?

Erməni yazıçının məkrli romanında adlarını çəkdiyi məhşurlarımız kimdir?

Hazırda Rusiyada yaşayan, uzun müddət Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Levon Adyan adlı erməni yazıçı proza.ru ədəbiyyat portalında “Uzaqlaşan sahil” adlı yeni romanını çap etdirib.

Bakı, Sumqayıt hadisələrindən bəhs edən romanda erməni məkri yenə də öz sözünü deyib. Lakin vaxtilə Azərbaycan ədəbi cameəsi ilə yaxın, dost münasibətində olan Levon Adyanın yeni romanında bizim üçün ən maraqlı detal 4 Azərbaycan yazıçısının və 8 azərbaycanlı qadının adını çəkərək onları xoş xatirələrlə yad etməsi olub. O, indiki şəraitdə belə həmin yazıçılara görə canını verməyə hazır olduğunu qeyd edib.

Moderator.az xəbər verir ki, həmin 4 yazıçımız Seyran Səxavət, Siyavuş Məmmədzadə, Natiq Rəsulzadə və Abbas Abdulladır.
Lakin romanda xatırlanan başqa azərbaycanlı ziyalılar da var. Onlardan biri da Azərbaycan Yazıçılar İttifaqının sabir sədri, mərhum xalq yazıçısı Mirzə İbrahimovdur. Bir çox məsul vəzifələri icra edən, Yazıçılar İttifaqı ilə dövlət orqanları, Mərkəz arasında ən böyük körpü olan Mirzə İbrahimov elə bu detalla yad edilir. Onun AYİ-dəki fəaliyyətini, plenumları əks etdirən xatirələr verilir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın