Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Şou Biznes / “Erməni səhifəsində məni pisləyənlər, sizdən utanıram”

“Erməni səhifəsində məni pisləyənlər, sizdən utanıram”

“Uçurum” serialının baş qəhrəmanı, aktrisa Ülviyyə Xəlilbəyli instaqramda onu tənqid edənlərə cavab verib. “Qafqazinfo” xəbər verir ki, o, bu dəfə həyat yoldaşı, aktyor Murad İsmayılla fotolarına mənfi rəy yazanları hədəf alıb. 

Aktrisa qeyd edib ki, xanım istifadəçilər, hətta erməni səhifələrində onun ünvanına tənqid və təhqirlər yazır:“Bu insanları heç anlaya bilmirəm. Niyə bu qədər aqressiv və kinlisiz?! Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsız? Öncəgörənsiz? Bu qədər gələcəyi bilirsizsə, gedin, o bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin. Amin!

Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram, öz səhifələrimizdə içinizin qurdların tökürsüz, bəs eləmir? Heç olmasa düşmən profilində özünüzü sıxıb saxlayın”.


VIPedu.BIZ

Həmçinin oxuyun

Natavanın oxuduğu mahnı Eldar Mansurovdan oğurlanıb? — MÜQAYİSƏLİ VİDEO Tarix: Bu gün, 13:41

Tanınmış estrada müğənnisi Natavan Həbibinin son günlər hitə çevrilmiş “Qısqana-qısqana” mahnısı Mübariz Tağıyevin “Bəxt üzüyü” …