Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / Erməni gülləsinə tuş gələn uşağın səhhəti ilə bağlı açıqlama – “2 qəlpə hələ çıxarılmayıb”

Erməni gülləsinə tuş gələn uşağın səhhəti ilə bağlı açıqlama – “2 qəlpə hələ çıxarılmayıb”

Tovuz rayon Mərkəzi Xəstəxanası Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində yaralanan 13 yaşlı Ramin Yusifovun səhhəti ilə bağlı açıqlama verib.

Xəstəxananın baş həkimi Murad Paşayev AzNews.az-a bildirib ki, Ramin Yusifovun bədəninin aşağı ətrafında olan qəlpələr çıxarılıb:

“Qəlpə yaraları var. Uşağın bədənindən 2 qəlpə hələ çıxarılmayıb. Onlar da çıxarılmalıdır”.

Baş həkim onu da əlavə edib ki, Ramin Yusifovun sağlamlığı üçün ciddi təhlükə yoxdur.

Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın