Cümə , Noyabr 27 2020
Ana səhifə / Şou Biznes / Erməni cəlladı Andranikin şəkili Bakı restoranının divarında – FOTO

Erməni cəlladı Andranikin şəkili Bakı restoranının divarında – FOTO

“Buna görə də, onun şəkilini asmaq qərarına gəldik”.

Bu gün səhər Facebook-un Azərbaycan seqmentində Bakı şəhəri, Arif Heydərov küçəsi 23 (Nərimanov rayon məhkəməsinin yaxınlığında) yerləşən Montinburg restoranının löhvəsində yerləşdirilmiş şəkilin ətrafında qızğın mübahisə qeydə alınıb.

Azinforum.Az vesti.az-a istinadən xəbər verir ki, həyəcan təbilini həmkarımız Vüqar Seyidov çalıb. O, yaxınlıqdan baxarkən həmin şəkildə Azərbaycan və Türkiyə xalqının qatili, erməni generalı Andraniki tanıyıb.

Saytın əməkdaşı aydınlaşdırıb ki, bu restoranın ofisiantı şəkildəki şəxsi Andranik yox, Montin kimi təqdim edib.

“Bu “Montin” likör zavodunun sahibinin fotoşəkilidir. Buna görə də, onun fotoşəkilini yerləşdirmək qərarına gəlmişik”, – deyə, o, bildirib.
Daha sonra ofisiant restoranın çıxışında daha bir fotonu göstərib.

“Baxın, – Andranikin fotosunu mənə göstərən oğlan deyir, – görürsünüz, fotoşəkilin altından yazılıb ki, bu Montindir. Hansısa Andranik deyil. O qədər adam bu şəkillərə baxıb, amma heç kim onun Azərbaycan xalqının düşməni olduğunu tanımayıb. Bu foto biz bu restorana işləməyə gəlməzdən əvvəl də burada olub”, – deyə, sayt yazır.

Öz növbəsində, Azinforum.Az xəbər verir ki, jurnalistlərin restorana baş çəkməsindən sonra Montinburg-un administrasiyası öz səhvini anlayıb və artıq erməni terrorçusu və qatili Andranikin təsvirini yığışdırıb.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın