Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Şou Biznes / Erkən nikahlara qarşı yeni sosial layihə

Erkən nikahlara qarşı yeni sosial layihə

“Gələcəyə addım” İctimai Birliyi Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Özünü tanı, hüququnu bil!” adlı layihəsinin icrasına başlayıb.

Azinforum.az -ın məlumatına görə, layihənin başlıca hədəfi regionlarda erkən nikahların, qızların təhsildən yayınmalarının və bu səbəblərin birbaşa yol açdığı, məişət zorakılığı adı ilə tanınan ailədaxili şiddət hallarının qarşısının alınmasına kömək etməkdir.

Layihədə əsas ideya hər bir gənc qızın ana və həyat yoldaşı olmazdan əvvəl qadın və şəxsiyyət kimi formalaşmasının, hər bir insanın özünüdərk prosesini keçməsinin mütləq olmasının əhəmiyyətinin vurğulanmasından, erkən nikah, məişət zorakılığı ilə bağlı milli və beynəlxalq qanunvericiliklə tanış olmalarından ibarətdir.

Bu məqsədə nail olmaq üçün “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi üç ay ərzində davam edəcək layihə çərçivəsində bir sıra fəaliyyətlərin icrasını nəzərdə tutur. Fəaliyyətlərin əsas hədəfi regionlarda yaşayan gənc qızlar və yeni ailə qurmuş qadınların maarifləndirilməsi və bu şəkildə məişət zorakılığının qarşısının alınması üçün müəyyən addımların atılmasıdır. Üç ay ərzində Quba-Xaçmaz iqtisadi zonasında mövzu ilə bağlı müxtəlif maarifləndirmə tədbirləri, ictimai müzakirələr aparılacaq.

Fəaliyyətin başlanması səbəbi ilə, təşkilat Bakı şəhərində bu gün layihənin Təqdimat Mərasimini təşkil edib. Tədbirdə müvafiq dövlət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmiş, mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Tədbirin sonunda məişət zorakılığını əks etdirən rəqs-kompozisiya qonaqlara təqdim olunub.

l3

 

 

Həmçinin oxuyun

“Bu günü unutmayacağam” – Tünzalə Ağayeva

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb. İfaçı ölkə başçısına təşəkkür edib: “Bu …

Bir cavab yazın