Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Erkən nigahların qarşısının alınması istiqamətində layihə

Erkən nigahların qarşısının alınması istiqamətində layihə

17-18 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetində erkən nigahların qarşısının alınması istiqamətində layihə həyata keçirilib.

Qeyd edək ki, erkən nigahların qarşısının alınması mövzusunda maarifləndirici layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib gəlmiş “Erkən nigahların qarşısının alınması qurulmuş ailələrin davamlılığını artırır” adlı layihə çərçivəsində ilk növbədə 10-11 sentyabr 2016-cı il tarixlərində tələbə və gənclərə bu növzuda təlimlər keçirilmiş ekspertlərlə görüşləri təşkil olunmuşdur. 17-18 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Turizm və Menecmentində Debatın Parlament növü üzrə erkən nigahların qarşısının alınması mövzusunda Debat turniri keçirilmişdir.

n1
Turnirdə 10-dan çox ali təhsil müəssisələrindən komandalar qatılmış və gənclər erkən nigahların qarşısının alınması istiqamətində öz layihə və təkliflərini vermiş və dərin müzakirələr aparmışlar.
Sonda turnirin qalibləri və layihə iştirakçıları sertifikat və medallarla təltif olunmuşlar.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın