Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Eminin Amerika səfəri niyə təxirə salındı? – AÇIQLAMA

Eminin Amerika səfəri niyə təxirə salındı? – AÇIQLAMA

Müğənni Emin Ağalarov yanvar ayının sonu, fevral ayının əvvəlinə planlaşdırılan  ABŞ və Kanadaya qastrol səfərlərini təxirə salıb

Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın Xalq artisti bu haqda “Instagram” səhifəsində yazıb.

“Əziz dostlarım, mən bu ismarıcı yazmaq istəməsəm də, yaranmış şəraitin “əsiri olmuşam” və buna görə ABŞ və Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Təəssüflər olsun ki, bunu istəməsəm də belə alınıb.

Biz bu turu bir il əvvəl planlaşdırmışdıq və çox istəyirdik ki, hamı üçün konsert verək. Bilet almış hər bir kəsdən səmimi qəlbdən üzr istəyirəm. Gözlənilən bütün dəyişikliklər haqqında sizə yaxın zamanda məlumat verəcəyik”, -deyə Emin “Instagram” səhifəsində yazıb.

“CNN”nin məlumatına əsasən, müğənninin ABŞ və Kanada turnesini təxirə salmasına səbəb, onun nümayəndəsinin Amerikanın xüsusi prokuroru Robert Müller və Konqress komitələri ilə razılığa gələ bilməməsi olub.

Eminin vəkili Skott Balber “CNN” telekanalına müsahibəsində planlarda baş verən dəyişikliyi  Müllerin aparatı və Konqres nümayəndələri ilə aparılan konsultasiyaların uğursuzluğa düçar olması ilə əlaqələndirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratik partiyasının nümayəndələri Eminin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmək cəhdlərində iştirak etdiyi iddiasını irəli sürüb.Посмотреть эту публикацию в Instagram

Dear Friends, I really hate to be recording this message, but I’m left without a choice, due to circumstances beyond my control, I am forced to postpone my scheduled US and Canadian tour, basically i have been put in this position against my will. We planned these shows a year ago and had the full intention to come and play for you all, I bring my apologies to everyone who was looking forward to seeing us during those shows, we will have more information for you soon, stay tuned, and thank you for your understanding! Emin ✊🏼✊🏼✊🏼. Дорогие друзья, мне очень не хочется записывать это сообщение, но я стал заложником обстоятельств и вынужден отложить запланированный тур по США и Канаде. К сожалению, эта ситуация происходит против моей воли. Мы запланировали этот тур год назад и очень хотели дать концерты для всех вас. Я приношу свои искренние извинения всем, кто купил билеты. Обо всех дальнейших изменениях мы сообщим в ближайшее время .

Публикация от eminofficial (@eminofficial) 21 Янв 2019 в 8:35 PST

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …