Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Emin malikanəsini nümayiş etdirdi – Video

Emin malikanəsini nümayiş etdirdi – Video

Emin Ağalarov “Muz TV”-nin “Напросились” verilişinin qonağı olub.

 

Azinforum.az  Publika.az-a istinad eddərək  xəbər verir ki, məşhur iş adamı və müğənni möhtəşəm malikanəsini nümayiş etdirib.

Ulduzun Rusiyada yerləşən malikanəsinin sahəsi 4,5 min kv metrdir. Fransız üslubunda tikilən malikanə 13 yataq otağı, bir neçə qonaq otağı, hovuz, kino zalı, idman zalı, tikilməkdə olan səs studiyasından ibarətdir.

 

Emin Ağalarov bildirib ki, tikinti işi ilə məşğul olduğu üçün öz evinin çox böyük olmasını istəyib:

 

“Artıq uzun illərdir tikinti işi ilə məşğul oluram. Odur ki, qərar verdim ki, evim balaca olmalı deyil. Evimin böyük olmasının digər səbəbi çox uşaq sahibi olmaq istəyimlə bağlıdır. Həmişə elə fikirləşirdim ki, çoxlu uşaqlarım olacaq. Evin layihəsini hazırlayanda burada 10 uşağın necə qaçdığını xəyalən təsəvvür edirdim, sanki böyük uşaq lageridir. Vaxtımın çox hissəsini şəhərdəki mənzilimdə keçirdiyim üçün evim ancaq oğlanlarım gələndə canlanır. Şəhərdə mənim üçün daha rahatdır. Təbii ki, övladlarım gələndə bu evdə oluram”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …