Ana səhifə / Şou Biznes / Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə müğənni mətbuata açıqlamasında deyib.

Ağalarovun sözlərinə görə, o, Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edəcək:

“Konsert əsgərlərimizin əhvali-ruhiyyəsini yüksəltmək məqsədilə keçiriləcək. Biz bunu çoxdan etmək istəyirdik. Əvvəl ora getmək təhlükəli idi və bizi buraxmırdılar. İndi belə bir imkanımız var. Bunu Vətəninə olan sevgisindən irəli gələrək təmənnasız edən çox sayda artistimiz var”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …