Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Emin Ağalarov ilk dəfə Azərbaycanda turneyə çıxacaq

Emin Ağalarov ilk dəfə Azərbaycanda turneyə çıxacaq

Müğənni-bəstəkar Emin Ağalarov növbəti konsert turnesinə hazırlaşır.

Axşam.az xəbər verir ki, turne iyunun 5-də Bakıda başlayacaq.

“Çoxdandır sizinlə görüşü gözləyirdim. Nəhayət, həmin vaxt gəldi”,- deyə Emin yeni layihəsini anons edib. Bakıda sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində çıxış etdikdən sonra ifaçı Nayl Rocersin Böyük Britaniya və ABŞ-dakı festivallarında iştirak edəcək. Daha sonra isə Rusiyada “Naçistotu” adlı turneyə start verəcək.

Emin ilk dəfə Azərbaycanda turneyə çıxacağını da vurğulayıb. Bakı ilə yanaşı müğənni Gəncə, Qəbələ, Qusar, Lənkəran və Şəkidə konsert verəcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın