Bazar , Fevral 25 2024
Ana səhifə / Şou Biznes / Əməkdar artist Dilarə Əliyeva: “Oqtay gücünü mənə verib”

Əməkdar artist Dilarə Əliyeva: “Oqtay gücünü mənə verib”

“Oqtay Əliyevin adı ilə bağlı televiziya üçün mükafat tərtib etmək istərdim. İl ərzində televiziyada sözün əsl mənasında fərqlənənləri, sözünü deyə bilənləri, işini bacaranları həmin nominasiya üzrə mükafatlandırmaq istərdim. Fərq etməz, bu İncəsənət Universitetində, İncəsənət Gimnaziyasında, akademik sənət dərsləri öyrədən bir məktəbdə tələbələrə təqdim oluna bilər”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişlərin birində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən deyib.

Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib:

“Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. Əgər bu gün işlər yaxşı gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. Mən də yaxşı tələbə olmuşam, bu gün də öyənirəm. İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür ki, nəyi etmək olmaz. Oqtay gücünü də mənə verib gedib. Onda “bu alınmır”, “olmaz”, “bilmirəm nə edim” kimi kəlmələr yox idi. Elə bir çıxılmaz məqam olur ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə çıxacaqdı. 


Ən güclü xarakteri insanlara dəstək olmaq idi. O zənglər ki, Oqtaya gələrdi, kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. Mən də heç kimə yox deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə ürəyim yanır ki, yardım edə bilmədim”.

Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb. 

Həmçinin oxuyun

Zülfiyyə “Bu şəhərdə”nin onu parodiya etməsindən danışdı

Aşıq Zülfiyyə İbadova “Bu şəhərdə” komandasının üzvü, Əməkdar artist Coşqun Rəhimovun onu parodiya etməsindən danışıb. …