Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Elzanın 8 ildir küsülü olduğu bacısı danışdı: “Nəslimizi geri saldı”

Elzanın 8 ildir küsülü olduğu bacısı danışdı: “Nəslimizi geri saldı”

Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan “Maqazin Plus” verilişində açıqlamaları ilə diqqət çəkib.

Lalə Seyidcahan 8 ildir bacısı ilə küsülü olduğunu etiraf edib: “Gözlərimin içinə baxıb desin ki, bu nə oyundur! Oyunu saxlasın. Bəsdir, yetər. Axı biz hər şeyi onun üçün etdik. Bacılarım Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz Elza Seyidcahanın başını yenə uca tuturuq.

Mən sənə heç nə etməmişəm, həmişə qulun olmuşam. Səni geyindirmişəm, bəzəmişəm, pul istməmişəm, amma sən yoxsan. Ondan bunun hesabını soruşacam.

Həyatda qəlb qırmaq çox pisdir. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam.

Sözünə baxdığı adamlar var, onlar da cavabsız qalmayacaq. Elza nəslimizi geriyə saldı. Ondan çox şey gözləyirdik. Elza nəinki bacılarını, hətta bizim övladlarımızı da psixiloji baxımdan pis vəziyyətə saldı. Açıqlama versin, mənə yox, bütün nəslimizə. Özü də bərbad geyinir və qocalıb.

Bizlərə salam da vermir, rəfiqələri qoymur. Ona yaxşı ev, avtomobil aldırırlar, xaricə köçürlər, bizim pullarımızla… Onu Elza tək qazanmayıb. Pulu dörd bacı birlikdə qazanmışıq”./Teleqraf.com 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …