Ana səhifə / Şou Biznes / Elzadan yeni şeir: “Başını fırladan mənim bədənimdir“

Elzadan yeni şeir: “Başını fırladan mənim bədənimdir“

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. 

Sənətçinin yeni şeiri “Korset” adlanır. O, sosial şəbəkə hesabında şeirini izləyiciləri ilə bölüşüb.

Həmin şeiri təqdim edirik:

                 “Korset”

Başını  fırladan mənim bədənimdir

Altına girdiyim mənim ədəbimdir

İçimdə süzən bu ruhum təbibimdir

Ağzımdan tökülən sözüm ədibimdir

Yolumu gözləyən o mənim vətənimdir.

Fikrimdə yalquz həsrət var

Səfərimdir

Zamanı gələr, gec də olsa,

Kəfənimdir

Əzizlərdən ayrılığım uzaq olsa,

Kədərimdir

Sevgilimin qollarından ayrı düşsəm

Zəhərimdir

Ağıla gəlməyən bu fikir, dost da olsa, Qəhərimdir

Əynimə geydiyimi görüb  yozduğumuz

Təhərimdir

Qarşımda əriyən bu şam

Adamımdır,

Başımı fırladan mənim yazanımdır

Yamanımdır.

Elzadan yeni şeir: “Başını  fırladan mənim bədənimdir“

Həmçinin oxuyun

“İndiki gözəllər broyler toyuğuna bənzəyirlər” – Rövşanə Ağasifqızı

Aparıcı Rövşanə Ağasifqızı maraqlı açıqlaması ilə diqqət çəkib. Verilişlərdən birinə qonaq olan aparıcı qadın-kişi münasibətlərindən …