Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Elza Seyidcahanı sevirdim” – Vasif Məhərrəmlidən etiraf – VİDEO

“Elza Seyidcahanı sevirdim” – Vasif Məhərrəmlidən etiraf – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli olub.

Sənətçi, Elza Seyidcahana olan sevgisindən danışıb:

“Elzanı dəli kimi sevməmişəm amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoria oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Ona ürəklərində qəlblərində ona qarşı sevgi var idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı deyim ki, Elza xanım çox ağır xanım idi. İndi biraz şıltaqlığı ola bilər amma o vaxtı kimsə ilə söhbət etdiyini belə mən görməmişəm. Ancaq dərsə gələrdi, ancaq dərsdən gedərdi belə. Mən də qıraqdan-qırağa onu seyr edərdim”.

Vasif Məhərrəmli sevgisini bu yaxınlarda etiraf etdiyini qeyd edib:

“O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal qarşıladı. İndi mən olmuşam yalan, özü hər yerdə deyir ki, Vasif məni sevir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …