Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Elza Seyidcahan oruc tutur- “Hasly-Baku”da iftar açdı

Elza Seyidcahan oruc tutur- “Hasly-Baku”da iftar açdı

Tanınmış bəstəkar – müğənni Elza Seyidcahan oruc tutur. Azinforum.az-ın əməkdaşı onu Bakı şəhəri Dilarə Əliyeva küçəsində fəaliyyət göstərən “Hasly-Baku” restoranında təşkil edilən iftar məclisində görüb. Elza Seyidcahan saytımıza açıqlamasında Ramazan ayı boyunca oruc saxlamağı planlaşdırdığını deyib:

” Mən tez-tez bu restorana gəlirəm. Məkanın çox gözəl aurası və dadlı təamları var. Oruc tutmaq hər bir müsəlmana buyrulan vacib əməldir. Sağlamlığım imkan verəcəyi təqdirdə Ramazanın sonuna kimi oruc saxlayacam. Mən bu məkanda bir çox tanınmış şəxslərin: siyasətçi, jurnalist, diaspor fəallarının da iftar açdığını gördüm. Çox sevindirici mənzərədir”.

Azinforum.az

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …