Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Elza Seyidcahan: “Məni öpən zövq almalıdır”

Elza Seyidcahan: “Məni öpən zövq almalıdır”

“Məndən çox üzündən öpdürən yoxdur. Bilirsiz nə qədər öpürlər məni? Gözəl qalmalıyam ki, öpən olanda zövq alsın. Gözəlliyi qorumalıyam”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayımda izləyicilərinin suallarına cavab verərkən deyib. Sabahkı doğum gününə hazırlaşan müğənni üzünə qulluq etdirən zaman canlı yayım açaraq gənclik sirlərini paylaşıb.

Pərəstişkarları tez-tez öpüşüb-görüşdüyünü deyən artist gileyini də bildirib:

“Təkcə öpmək yox, nənələr, xalalar var ki, bağırlarına basırlar, az qalır sümüklərim sınsın”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …