Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Elza Rozanı məsxərəyə qoydu: “Fiquranla məşğul ol”

Elza Rozanı məsxərəyə qoydu: “Fiquranla məşğul ol”

Müğənni Roza Zərgərli mərhum xalq artisti İlhamə Quliyevanın taxtına göz tikib.
AzNews.az xəbər verir ki, Roza Zərgərli “ATV maqazin onlarla” verilişində “Şou-biznesin idarəçisi kim olacaq?” sualına belə cavab verib:
“Rəhmətlik bir dəfə mənə dedi ki, mənim gənclik illərimə oxşayırsan. Sən demə, sözlərimiz də bir-birinə uyğun imiş, “Hamınızı dənləyərəm”. Kiməsə dedimsə, yerində otur, o adam yerində oturmalıdır. İlhamə xanım kamera önündə dediyi hər şeyi elə də idarə edirdi. Bəli, mən də hər şeyi çox yaxşı idarə edirəm. Sözümün qabağında söz deyən oğul yoxdur. Görkəmli sənətkarlara söz deyən gənc nəsil qarşısında Roza Zərgərlini görəcək”.
Onun bu istəyinə əməkdar artist Elza Seyidcahan lağlağı ilə yanaşıb: “Mən heç kimə o taxtda oturmağı arzu etmərəm. İlhamə Quliyevanın taxtı çox narahatdır. Sən o taxta getsən, məhv olarsan. Xahiş edirəm, öz taxtında otur. Öz işinlə, fiquranla məşğul ol”.

image description

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …