Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Elza deputatlığa namizəd olacaq

Elza deputatlığa namizəd olacaq

“Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır”.

Bunu müğənni Elza Seyidcahan həmkarı Brilliant Dadaşovanını rüşvətxor məmurlar üçün yazdığı mahnıya münasibət bildirərkən deyib. “Yeni Müsavat”a müsahibəsində o, bildirib ki, pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar. “Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, “meşə çaqqalsız olmaz”. O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var”.

Elza növbəti parlament seçkilərində namizəd olacağını da qeyd edib: “Niyə də olmasın. İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm.

Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib”.


Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …