Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.

Lakin, Yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:

“Bu cür sarsaq xəbərləri kim yazır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.