Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Elşad Miridən orijinal təklif: “Məscidlərdə hovuzlar, idman alətləri, oyun zalları olsun”

Elşad Miridən orijinal təklif: “Məscidlərdə hovuzlar, idman alətləri, oyun zalları olsun”

“İslam dini sadəcə namaz qılmaq kimi anlaşılmamalıdır”.
Belə bir fikirlə ilahiyyatçı Elşad Miri çıxış edib. “Həmişə arzu etmişəm ki, məscidlərimiz ancaq müəyyən vaxtlarda namaz qılınmaqla məhdudlaşmasın. İslam dini, sadəcə, namaz qılmaq kimi anlaşılmasın. Məscidlərin kitabxanası, üzgüçülük hovuzu, idman alətləri, istirahət yerləri, uşaqlar üçün oyun zalları və sair olsun. Azərbaycanımızda bu arzum həmişə gözümdə qalıb.
Çünki bir neçə gün sonra məscidlərimiz özünü çırpmaq yerinə çevriləcək. Məscidlərimizdəki imam və axundlardan tutmuş, ümumi vəziyyət göz qarşısındadır. Amma bəyənmədiyimiz halda az qala bütün texnogoliyalarından istifadə etdiklərimizin ölkələrində isə mənim arzuladıqlarımı bunlar artıq reallaşdırıblar”, – deyə E.Miri qeyd edib.publika.az/

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın