Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Elnur Nağızadənin əmisi: “Onu yoxa çıxarıblar”

Elnur Nağızadənin əmisi: “Onu yoxa çıxarıblar”

Ailə TQDK sədri Məleykə Abbaszadənin də ünvanına bir sıra ittihamlar səsləndirib

Tələqə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin sabiq rəhbəri Elnur Nağızadənin qohumları mətbuat konfransı keçirməyə hazılaşır.
Lent.az-la əlaqə saxlayan E.Nağızadənin əmisi Tahir Nağıyev bildirib ki, ailə bu günlərdə mətbuat konfransı keçirəcək və Elnura ünvanlanış ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq: “Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb”.
T.Nağıyev onu da bildirib ki, Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb. E.Nağıyevin əmisi TQDK sədri Məleykə Abbaszadənin ünvanına bir sıra kəskin ittihamlar səsləndirib və mətbuat konfransında bütün dediklərini əsaslandıracaqlarını bildirib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları Elnur Nağızadəni axtarışa verib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Məsələyə münasibət bildirən TQDK sədri Məleykə Abbaszadə qeyd edib ki, bu ilin yanvarında iki nəfər E. Nağızadə ilə bağlı TQDK-ya müraciət edib: “Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın ”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın