Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Elnur Camalxanov Italiya mətbuatında Azərbaycandan yazdı

Elnur Camalxanov Italiya mətbuatında Azərbaycandan yazdı

İtaliyanın məhşur “La nostra Gazetta” qəzetində Azərbaycan-İtaliya münasibətləri haqqında məqalə dərc olunub. Bakı Neapol Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov müəllifi olduğu yazıda Azərbaycan-İtaliya əlaqələrinin yaxın tarixi, ölkələr arasında mövcüd olan dostluq, ticarət və mədəniyyət əlaqələrinin bu gün yüksək səviyyədə olmasından söz açıb.

Məqalədə qeyd olunub ki, İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Məqalədə Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk tarixi səfərindən bəhs olunub.
Prezident İlham Əliyevin İtaliyaya səfərləri zamanı imzalanan sənəndlərin iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq üçün güclü zəmin yaratdığı qeyd olunub.
Qeyd edək ki, “La nostra Gazetta” qəzeti İtaliyada yüksək tirajla buraxılan məşhur dərgilərdən biridir. Onuda bildirək ki, qəzet italyan və rus dillərində nəşr edilir…

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın