Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Elnarə bəyin verdiyi pulu gəlinə qaytardı

Elnarə bəyin verdiyi pulu gəlinə qaytardı

Əməkdar artist Elnarə Abdullayeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim media xəbər verir ki, sənətçi iştirak etdiyi el şənliyində bəylə olan həmsöhbətinin videosunu yayımlayıb.  

Görüntülərdə Elnarə ifası zamanı bəyə bir neçə dəfə “Pulun var” sualı ilə müraciət edib. Bəy isə utanaraq xanəndəyə bir neçə əsginaz uzadıb.

Bəyin bu addımını isə E.Abdullayeva qəbul etməyib. Əməkdar artist pulları gəlinə verib. O isə pulu həyat yoldaşının cibinə qoyub. 

Qeyd edək ki, bir neçə gün əvvəl şairə Nazilə Səfərli Şəmkirdə toyu idarə edərkən əlində tutduğu mikrofona yüz manatlar dolayaraq canlı yayıma çıxması ilə gündəmə gəlmişdi.  

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …