Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Elnarə Xəlilova Xocalı faciəsi ilə bağlı mahnı oxudu – VİDEOLAR

Elnarə Xəlilova Xocalı faciəsi ilə bağlı mahnı oxudu – VİDEOLAR

Müğənni Elnarə Xəlilova Xocalı faciəsinin 26-cı il dönümü münasibəti ilə “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib.

Musavat.com xəbər verir ki, musiqi parçası ingilis və Azərbaycan dillərindədir. Mahnının sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjemanı Emil Həşimova aiddir.

Elnarə mahnının ingilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Mahnıdakı sözlər  çox təsirləndirdi”.

Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.

Mahnıları bu linklərdən dinləyə bilərsiniz:

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …