Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Elməddin Cəfərov: “Afroamerikalı oğlandan xahiş etdim ki, məni batırsın”

Elməddin Cəfərov: “Afroamerikalı oğlandan xahiş etdim ki, məni batırsın”

“Bəzən tələsirik, istəyirik ki, tez edək, amma tez olsa da, yaxşı alınmır. Yemək bişməyəndə onu yemək mümkün olmur. Aktyorluq elə bir sənətdir ki, tələsmək olmaz. Tələsəndə işin keyfiyyəti də olmur. Korifey aktyorların illər əvvəl bizim haqqımızda dedikləri mənfi sözlərə əvvəl haqq qazandırmırdım. Amma bu gün o dediklərindən bəzilərini qəbul edirəm”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib.

Aktyor qeyd edib ki, irad tənqid formasında bildirilsə, səhvləri daha tez görmək olur:

“İllər əvvəl çəkildiyim epizodlara baxanda “bu nədir?” deyirəm. Onlar məndən 30-40 il qabaqdadırlar deyə səhvlərimizi daha yaxşı görə bilirlər. Bunu tənqid formasında desələr, əlbəttə ki, səhvlərimiz tez görərik. Amma bunu təhqir, yaxud da qərəzli şəkildə deyəndə qəbul etmirəm. Bizə irad tutan aktyorların keçmişdə səhvləri olmayıb ki? Əlbəttə ki, olub. Onların hamısına böyük hörmətim var”.

“2010-cu ildən toylara aparıcı kimi getməyi özümə qadağan etdim. Həyatımdan bütün sosial şəbəkələri sildim. Hər gün beş saat vaxtım yarandı. Başladım kitab oxumağa. Bütün həyatım dəyişdi. Oxumaq bir yerdən sonra məndə xəstəliyə çevrildi. Kitab oxumasam, yata bilmirəm. Bu gün hansı kitab varsa, onu oxuyuram. Kitab oxumaq mənim həyatımı, dünyaya baxışımı dəyişdi. Sosial şəbəkəsiz həyat, həqiqətən, çox gözəldir. Sosial şəbəkədə həyatımı paylaşmadıqca daha çox yaşamağa başladım. Əvvəl nə yeyirdimsə, haranı gəzirdimsə, hamı kimi sosial şəbəkədə paylaşırdım. Bu yemək, gəzmək mənim üçündür. Bəzi şeyləri həyatımda paylaşılmaz etdim. İnsanlar üçün yox, özüm üçün yaşamağı öyrəndim”, – deyə aktyor bildirib.

Aktyor bildirib ki, işləyən insan üçün istirahət mütləqdir:

“Bir neçə il istirahətsiz çalışmışdım, filmlər, seriallar çəkirdik. Yay ayında bir həftə-10 gün istirahət sayılmır axı. Ötən il çox istirahət etmişdim. Xarici ölkəyə getmişdim, sırf özümə görə. 20 ildir ki, dayanmadan işləyirəm. Bu mövsüm verilişi də bağladım. Düzdür, seriallar çəkilir, baş prodüser, layihə rəhbəri kimi nəzarət edirəm. Aktyor kimi çəkilmirəm. İnsan ard-arda çəkiləndə özünü təkrarlayır. Fasilə verəndə, istirahət edəndə insanın beyninə yeni ideyalar gəlir. Özümə söz vermişəm ki, bu il çox istirahət edəcəyəm”.

O, xarici ölkədə başına gələn maraqlı əhvalatı da bölüşüb.

“Xarici ölkədə dənizdə çimirdim. Mən də dənizin dibinə, dərinliyinə getməyi çox sevirəm. Nə qədər etdimsə, duzu çox olduğundan dərinə baş vura bilmədim. Gördüm, afroamerikalı bir oğlandır, ingilis dilini-filan bilmirəm. Ümumiyyətlə, xaricdə ingilis dilində danışmıram. Azərbaycan dilində danışıram. Pulu görən kimi adam məni başa düşür. Həm də fikirləşirəm ki, pulu verən mənəm, mən niyə onun dilini bilməliyəm ki? O mənim dilimi bilsin də (gülür). Ondan xahiş etdim ki, məni suda batırsın. O zənci bir neçə dəfə məni suyun dərinliyinə saldı. Gəlib mənə qulluq edir, həm də o qədər gülür ki. Çıxdıq, gəldik, dənizin kənarında günəşlənməyə getdim. Gördüm ki, hamı gəlib bununla şəkil çəkdirir. Sən demə o, 9 nömrəli məşhur futbolçu, hücumçu Antoni Marsyaldır”, – deyə aktyor bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …