Ana səhifə / Şou Biznes / Elməddin Cəfərov Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu – VİDEO

Elməddin Cəfərov Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu – VİDEO

Elməddin Cəfərov Acunun Ilıcalının kanalında yayımlanan “Eser Yenenler Show ” proqramının dünənki buraxılışında iştirak edib.

Publika.az xəbər verir ki, həmyerlimiz Türkiyə və Azərbaycanın birgə istehsalı olan “Çat kapı aşk” komediya filmində rol alıb. Bu münasibətlə bir neçə həftə əvvəl filmin Bakıda da təqdimat mərasimi baş tutmuşdu. Ekran işində baş rolları Müge Boz və Jess Molho ifa edib. Jess Molho viza məsələlərində yaranmış problemlərdən dolayı Bakıda keçirilən təqdimat mərasimində iştirak edə bilməsə də, Müge Boz Azərbaycana gəlmişdi. İndi filmin Türkiyədə piar kompaniyasına start verilib.

Elməddin Cəfərov filmin baş rol qəhrəmanları ilə birlikdə məşhur aparıcı Eser Yenenlerin TV8 kanalında yayımlanan verilişində qonaq olub. Azərbaycanlı aktyor zarafatları ilə bütün tamaşaçıları qəhqəhələrə boğub.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …