Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes /  Elməddin Məmmədovun “sehirli çırağı” – Və ya “adı var özü yox” Birinci Baharlı məktəbi

 Elməddin Məmmədovun “sehirli çırağı” – Və ya “adı var özü yox” Birinci Baharlı məktəbi

Respublikamız özünün-iqtisadi, mədəni inkişafının yeni bir mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi ölkə təhsilinin ən müasir Avropa standartlarına uyğun qurulması istiqamətində dövlət başçısı möhtərəm İlham Əliyev cənabları və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO və USESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən ciddi addımlar atılır, yeni təhsil ocaqları tikilir, əsaslı təmir olunur.

Zəruri avadanlıqlarla, pulsuz dərs vəsaitləri ilə təmin edilir, məktəblərin maddi texniki bazası qurulub. Bu diqqət və qayğı özünü məcburi köçkün və qaçqın rayonlarımızın ümumtəhsil ocaqlarında daha bariz göstərməkdədir. Qaçqın və köçkünlərimizə xüsusi Heydər Əliyev ehtiramı, həssaslığı bu günkü dövlət başçımız tərəfindən, sözün ən yaxşı mənasında uğurla davam etdirilməkdədir.

Digər sahələrdə olduğu kimi, təhsildə də işə qəbul qaydaları müəllimin bilik və bacarığı əsasında qəbul komissiyası tərəfindən müsabiqə yolu ilə müəyyənləşdirilir.

Bu da təbii ki, işə qəbulda neqativ hallara yol verilməməsi, məktəblərimizdə savadlı pedaqoji kadrların yerləşdirilməsi və fəaliyyətinə geniş imkanlar yaradılması məqsədinə xidmət edir. Lakin, çox təəssüf ki, bu diqqət və etimaddan sui-istifadə edən, onu doğrultmayan, öz fəaliyyətini şəxsi maraq prinsipləri üzərində quran, “Burda mənəm, Bağdada kor xəlifə” ədası ilə qanun-qadağa tanımayan, müəllim və valideynlərlə hesablaşmayan Elməddin Məmmədov kimi direktor adını ucuz tutan rəhbər kadrlar da aramızda yox deyil. Ağdam rayon birinci Baharlı kənd tam orta məktəbinin bu gün onun sayəsində “Adı var, özü yox” statusu qazanması kimi utancverici bir hal kənd sakinləri və valideyinlərini ciddi narahat edir.

Təsəvvür edin ki, Birinci Baharli kənd sakini, 304 saylı manzildə yaşayan Esmira Əzim qizi Salahovanin ailəsinin üzləşdiyi haqsizliqi geniş ictimaiyyətlə paylaşacaqi xəbərdarliqi da direktorun vecina olmayib. E.Salahovanın şikayət maktubunu ağrısız heyrətlənməyə bilmirsən və düşünürsən ki, görəsən biz hansı dövrda yaşayırıq? Direktor dövlətin təhsil ocağında ağalığını edir, olmaya onu özəlləşdirib və ya özününküləşdirib, sakinlərin xəbəri yoxdu? Yoxsa, hesab edir ki, dövlətin qanunları ona şamil edilmir?

Təhsil naziri Mikayıl Cabbarov dovlət başcısının qarşıya qoyduğu təhsil quruculuğu sahəsindəki yeni konsepsiyanın həlli istiqamətində gördüyü işlərdən xəbərsizdirmi?

E.Salahova ürək ağrısı ilə qeyd edir ki, həyat yoldaşı Yaşar Bəhmən oğlu Salahov 2009-cu ildən məktəbdə texniki işçi işləyir. Amma əmək haqqı kartını indiyə kimi “möhtərəm direktor” cibində gəzdirir. Bəlkə Elməddin müəllim işçinin (təkcə onunmu) əmək haqqını itirə biləcəyindən ehtiyatlanır. Esmira xanımın, Yaşar kişinin hec xəbəri yoxdu? Onun bu ürək yananlığı da özünü göstərməkdədir. Bax, elə Esmira xanımın və Yaşar kişinin qızı Aysel Salahova Ağcabədi pedaqoji kollecini ibtidai təsil ixtisası üzrə bitirib. 29.07.2015-ci il tarixdə MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİNDƏ uğurla iştirak edərək keçid balı toplayıb. Lakin Elməddin Məmmədov ona iş vermək fikrində deyil, məktəbdəki boş vakant yerləri kimsəyə açıb ağartmır.

Direktor gözünə döndüyüm əl altından nə etsə yaxşıdı? Özünə yaxın olan kəslərin müəllimliyi hesabına dərs saatlarına ayrılan pulları həzm rəbbədən keçirib. Hətta kəndə hay düşub ki, bəs nə bilmisiniz, Elməddin Məmmədov “Ələddinin sehirli cıraqı”nı tapib. Əlini çırağa sürtür istədiyi niyyətini ürəyindən keçirir və arzusu çin cıxır. Nə görən olur, nə dur deyən. Rayon təhsil şöbəsinin qulağının dibində bu boyda həngamadan. Dərs keçməyib pul qazanmaq direktor üçün adi bir işdir. Sehirli çırağın kəramətindən direktorun həyat yoldaşı Həmidə İsmayılova da müəllimlərin işə qəbulu müsabiqəsəndə iştirak etmədən məktəbin müəllimi “statusunu” qazanıb. Adı jurnalda qeyd olunsada özü evda oturub.

2014-2015-ci tədris ilində məktəbin riyaziyyat dərslərinin direktorun adına yazılmasının başlıca günahkarı da həmin “sehirli çıraq”dır. Dərsləri isə başqa məktəbin Elşanə adlı müəlliməsi əmrsiz-filansız deyib.

Bu qayda ilə məktəbin 5-ci, 6-cı, 7-ci sinif Azərbaycan dili fənnini ibtidai sinif müəllimi Ülviyyə xanım 50 manat müqabilində əmr olmadan tədris edib, pulun qalanını direktor cibinə qatlayıb. Şikayətçi öz məktubunda, adı jurnalda, özü gözdən-könüldən uzaq dolanan müəllimlərin siyahısını da redaksiyamıza ünvanlayıb:

Firəngiz Könül qızı Həsənova, Samirə Məhhərəm qızı Musayeva, Yadigar oğlu Mahmudzadə, Aytac Camalova, Vüsalə Saday qızı Məmmədova və Röya müəllimə. “Sehirli çırağın” bəd əməlləri bununla da bitmir. Onun sehri olmasaydı, direktor məktəbdə istədiyi kimi at oynada bilməzdi, burada təlim-tərbiyə işi yox dərəcəsinə düşməzdi, 9-cu, 10-11-ci sinif qızlarının adları jurnalda, özləri evdə olmazdı.

E. Salahova hətta 01.08.2015-ci il tarixində bütün bu məsələlərlə baqli Ağdam rayon prokurorluğuna ərizə ilə muraciət edib. Korrupsiya faktlarinin araşdirilib direktorun cinayət tərkibli əməllərinin ifşa ediləcəyinə ümid bağlasa da, hələ bir nəticə olmadığından narahatdır. Haqq-ədalətin yerini tapması qızının məktəbdə boş vakant yerlərdən birində işlə təmin edilməsi arzusunun çin olmasindan ötrü E.Salahovaya tövsiyyəmiz budur ki, hec darıxmasın. Falçı, cindar yanına gedib eləməsin. E.Məmmədovun “sehirli çirağı”nın əlindən alınacağı gün uzaq deyil. “Haqq nazilər amma üzülməz” misalını atalarımız deyib. Çox kecməz ki, “möhtərəm direktorun” öz laiq olduğu yerdə oturduğu xəbərinin muştuluğunu alar. –

Azinforum.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Nüsrət İsaoğlu

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın