Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Şou Biznes / Eldar Sabiroğlunun oğlu 9 il müddətinə azadlıqdan məhrum edilib

Eldar Sabiroğlunun oğlu 9 il müddətinə azadlıqdan məhrum edilib

Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilirdi.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
1874 D

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın