Şənbə , Avqust 20 2022
Ana səhifə / Şou Biznes / Eldar Mansurov: “Musiqilərimi atalarının malı kimi götürürlər” – VİDEO

Eldar Mansurov: “Musiqilərimi atalarının malı kimi götürürlər” – VİDEO

Xalq artisti, bəstəkar Eldar Mansurov açıqlamaları ilə diqqət çəkib. 

Oxu.Az-ın məlumatına görə, bəstəkar ATV-də yayımlanan “Bağ mövsümü” verilişində qonaq olarkən artıq kinolar üçün musiqi bəstələmədiyini bildirib.

“Kinolara nə mahnı yazdımsa, 90-cı illərdə bəstələdim. Ondan sonra filmlərə musiqi yazmadım, indiki rejissorlar öz tay-tuşlarını tapıb, özlərinə xoş olan adamlarla işləyirlər. Mənim musiqimi öz filmlərində görmürlər. Mən onlarla, onlar da mənimlə işləmirlər. Cavanlar serial çəkir, məndən soruşmadan musiqimdən istifadə edirlər. Eləsi var müəllif adını yazır, eləsi də var ki, yazmır. Elə bil atasının malıdır, götürüb istifadə edir”, – deyə, Mansurov bildirib. 

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …