Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Eldar Mahmudovun komandası bu avtomobil nömrələrindən imtina edir…

Eldar Mahmudovun komandası bu avtomobil nömrələrindən imtina edir…

Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, “MTN işi” ilə bağlı ağır və sarsıntılı günlər yaşayan sabiq nazir Eldar Mahmudov və onun komandası, bu komandada yaxından-uzaqdan iştirak edən, onun xidmətlərindən faydalanan və ona xidmət göstərən şəxslər sonu 009, 909 və 919-la bitən dövlət nömrə nişanlarından imtina edir.

Buna səbəb əsasən E.Mahmudov və ailəsinə məxsus olan 009 serialının, eləcə də MTN əməkdaşları arasında geniş yayılan və “şef”ə yaxınlıq əlaməti hesab edilən 909 və 919-la bitən nömrələrin bu gün perestij deyil, təhlükə vəd etməsidir. Əvvəlki dönəmdən fərqli olaraq bu gün “şef”in nəinki özünə, hətta kölgəsinə belə yaxın olmağın təhlükə vəd etməsi, sabiq nazirlə məxsusi yaxınlığı olmayan MTN əməkdaşlarını da avtomobillərinin nömrəsini dəyişmək məcburiyyəti qarşısında qoyub.
Mənbənin sözlərinə görə, bu nömrələr arasında sonu 009-a bitən dövlət nömrə nişanlı avtomobillər istintaq qrupunun diqqət mərkəzinə düşmək baxımından “xüsusilə riskli” hesab edilir. Məhz bu səbəbdən də mənbə sonu 009-la bitən dövlət nömrə nişanlı avtomobillərin hələ uzun müddət ölkə paytaxtında görünməyəcəyi qənaətindədir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın