Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Eldar Mahmudovun Çexiya və İspaniyada 500 milyon dollarlıq əmlakı var

Eldar Mahmudovun Çexiya və İspaniyada 500 milyon dollarlıq əmlakı var

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in keçmiş zabiti Ərəstun Oruclu özünün facebook səhifəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Londonun mərkəzində oğlunun adına 30 milyon funt-sterlinqə mülk alması barədə virtualaz.org saytının məlumatını şərh edib.

Keçmiş MTN əməkdaşı yazıb ki, bu, hələ Eldar Mahmudovun Qərb ölkələrində aldığı daşınmaz əmlakın ancaq biridir. Əslində isə hakimiyyətdə antiqərb mövqeyinin əsas daşıyıcısı olan Mahmudovun Avropa ölkələrində çoxsaylı mülkləri var.

Ərəstun Oruclu yazır:  “Əliyev hakimiyyətində antiqərb isteriyasının ən öndə gedən əsgərlərindən biri olan Eldar Mahmudovun oğlunun 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü Londonun mərkəzində “tapıldı”. Amma bu, necə deyərlər, hələ jurnalıdır, çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi (təxminən yarım milyard dollarlıq) Avropanın digər ölkələrindədir (əsasən İspaniya və Çexiyada)”

virtualaz.org

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın