Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Eldar Mahmudov KİV-də dezinformasiya yayır

Eldar Mahmudov KİV-də dezinformasiya yayır

Eldar Mahmudovun “MTN” quldur qruplaşması ətrafında dairə getdikcə daralmaqdadır. Xüsusi xidmət orqanının keçmiş rəhbərliyinin neytrallaşdırılmasından, sabiq MTN başçısının adları bir sıra qanlı cinayətlərdə hallanan və Hitler nasistlərinin əməlləri ilə müqayisə oluna biləcək vəhşi qəddarlıqları dillər əzbəri olmuş bir çox əlaltılarının, generalların və idarə rəhbərlərinin həbsindən sonra “Damokl qılıncı” Mahmudovun özünün də başı üzərində bərqərar olub.

Diqqət yetirsək, Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin iki nüfuzlu üzvü – Akif Çovdarovun (killerlərin öldürücü zonder-qrupunun lideri) və general Elçin Quliyevin (dəstənin beyin mərkəzi) həbsindən sonra keçmiş quldur dəstəsinin tərkibindən azadlıqda yalnız iki şəxs qalır – eks-nazir Eldar Mahmudov və onun qorxunc müavini Hilal Əsədov.

Naxçıvan MTN-in keçmiş başçısı Vəli Ələsgərovun həbsindən sonra MTN kriminal qruplaşmasının liderlərinin, xüsusilə də, Eldar Mahmudovun həbsi ehtimalı kəskin şəkildə yüksəlib.

Yaxınlaşan təhlükəni hiss edən Mahmudov anlayır ki, qisasdan yaxa qurtarmaq çətin olacaq, belə ki, həbs olunan və xüsusilə ağır cinayətlərdə ittiham olunan generallar öz nazirlərinə qarşı ifadələr verirlər, KİV səhifələri isə MTN rəhbərliyinin cinayətlərinin fakt və hekayələri ilə dolub-daşır. Bu səbəbdən, keçmiş nazir bəzi KİV və sosial şəbəkə səhifələrinə səhhətinin pozulması ilə bağlı dezinformasiya ötürməyə başlayıb. Bəzi KİV Mahmudovun infarkt keçirdiyindən, digərləri isə təcili xəstəxanaya yerləşdirilməsindən yazır.

Hüquq mühafizə orqanlarından rəsmi qaynaqların haqqin.az və virtualaz.org-a verdikləri məlumata görə, Eldar Mahmudovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bizdə olan məlumata əsasən, bu dezinformasiya az tirajlı informasiya vasitələrinə E.Mahmudova yaxın adamlar və keçmiş MTN işçiləri tərəfindən ötürülür. Çox güman ki, öz xalqına qarşı cinayət əməllərinə görə ifşa olunmuş E.Mahmudov bu yolla özünə ölkənin siyasi rəhbərliyində “rəhm hissi” oyatmaq və layiqli cəzadan can qurtarmaq istəyir. Virtualaz.org

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın