Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Eldar Əzizovun qohumundan şikayət var – Fotolar

Eldar Əzizovun qohumundan şikayət var – Fotolar

151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova dövlət bağçasını necə ödənişli edib? Müdirin fəaliyyətindən narazılıq edən valideyn Samirə Qurbanova aidiyyəti qurumlardan kömək gözləyir Bildiyiniz kimi, ölkə rəhbərliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Elə bunun nəticəsidir ki, son illər ərzində Bakıda və bölgələrdə yerləşən uşaq bağçalarının əksəriyyəti müasir üslubda təmir edilərək uşaqların istifadəsinə verilib. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, dövlət büdcəsindən maliyyələşən məktəbəqədər təhsil müəssisələrində bütün xidmətlər pulsuzdur. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi uşaq bağçalarında uşaqlar pulla qəbul edilir, hələ bu azmış kimi, valideynlərdən hər ay müxtəlif bəhanələr altında pul yığılır. Paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Xəlilova Venera Zülfüqar qızının işindəki əyinti halları və qanunlara məhəl qoymaması barədə sensasion məlumatlar daxil olub.
Şikayət ərizəsi ilə saytımıza müraciət edən valideyn, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Alay Kunanbayev küçəsi 7/19 mənzil 114-də yaşayan Qurbanova Samirə Tofiq qızı bir sıra maraqlı məqamları açıqladı. Şikayətçi bildirir ki, 2015-ci ilin may ayında oğlu Əli Hüseynzadəni 151 saylı körpələr evi-uşaq bağçasına qeydiyyat etdirmək istəyib: «Bu məqsədlə bağçanın müdiri Venera xanıma müraciət etdim. Mənə bildirdilər ki, bunun üçün 500 manat ödəməliyəm. Üstəlik, uşaq bağçaya qəbul ediləndən sonra hər ay 100 manat verməli idim. Bağça müdirinin bu şərtləri ilə razılaşdım. 500 manat verib oğlumu bu bağçaya qəbul etdirdim. Həmin tarixdən, yəni 2015-ci ilin may ayından dekabr ayına kimi bağçaya hər ay 100 manat ödədim. Sonuncu aylar maddi problemlərim olduğu üçün bağçanın aylığını verə bilmədim. Maraqlandım ki, sən demə bağça ödənişsiz imiş, yəni dövlətdən maliyyələşirmiş. Oğlum bir neçə gün müəyyən səbəblərə görə bağçaya gedə bilmədi. Mənə zəng elədilər ki, uşağın nəyə görə bağçaya gələ bilmədiyi haqda arayış al gətir, əks təqdirdə uşaq bağçadan xaric ediləcək. Sonradan mənə bəlli oldu ki, əslində arayış bəhanədir, aylığı vermədiyim üçün uşağı bağçadan çıxarıb yerinə başqasını götürmək istəyirlər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etmişəm. Bağça ödənişssiz olduğu halda, 6 ay hər ay məndən 100 manat alıblar. Bundan əlavə, 500 manat ödəmişəm.
Sizin vasitənizlə ölkə rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimə və aidiyyəti dövlət qurumlarına müraciət edib kömək istəyirəm. İndiyə qədər ödədiyim pulları geri qaytarsınlar. Əks halda, haqqımı ən ali instansiyalar səviyyəsində tələb edəcəm». Şikayəti araşdırmaq üçün 151 saylı körpələr evi-uşaq bağçası ilə əlaqə saxlaıq. Zəngimizə cavab verən Gülya adlı xanım Venera Xəlilovanın məzuniyyətdə olduğunu və bir həftədən sonra işə çıxacağını bildirdi. Bu arada, əldə etdiyimiz məlumatlara görə, Venera Xəlilova özünü hər yerdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edir. Gələn sayımızda bu məsələyə, eləcə də bağça müdirinin bahalı «Audi Q7» markalı avtomobili hansı vəsaitlə alması məsələsinə aydınlıq gətirməyə çalışacağıq.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Eldar Əzizovun qohumundan şikayət var-Fotolar
Eldar Əzizovun qohumundan şikayət var-Fotolar
Eldar Əzizovun qohumundan şikayət var-Fotolar
Eldar Əzizovun qohumundan şikayət var-Fotolar

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın