Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Eldar Əzizov Səbail İcra Hakimiyyətində müşavirə keçirdi

Eldar Əzizov Səbail İcra Hakimiyyətində müşavirə keçirdi

Bəzi şəhər və rayonlarda icra başçıları ilə bağlı son dəyişikliklərdən sonra gözlər həmin inzibati ərazi dairələrinə yönəlib: yeni icra başçıları hansı islahalatlar aparacaq, əvvəlki icra başçısının vaxtında başlanan hansı işləri dayandıracaq, köhnə komandadan kimlər çıxdaş ediləcək…

Səbail rayon İcra Hakimiyyətində də yeni başçı Eldar Əzizovun hansı dəyişikliklərə gedəcəyini gözləyənlər çoxdur. İstisna olunmur ki, Eldar Əzizov eks-icra başçısı Asif Əsgərovun hansısa kadrları ilə işləməkdən imtina edəcək.

Modern.az saytına verilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov artıq müşavirə keçirib və üstüörtülü şəkildə komandada dəyişiklik ediləcəyinə işarə vurub.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri İsrafil Kərimov Modern.az-a açıqlamasında yeni başçının kollektivlə görüşdüyünü və geniş müşavirə keçirdiyini təsdiqləyib.

“Bəli, icra başçısı belə müşavirə keçirib, amma hansısa ciddi iş yoxdur. Yeni icra başçısı müşavirə keçirib, rayon idarələrinin rəhbərləri ilə görüşüb, tapşırıqlar verib. Əlavə məlumat vermək hələ tezdir” deyə İ.Kərimov bildirib.

Eldar Əzizov bir neçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın